Cari ilin yanvar-iyul aylarında Azərbaycanda qeyri-neft sektorunun dövriyyəsi 9,7% artıb. Bu barədə vergilər naziri Mikayıl Cabbarov məlumat verib.
“Dövlət Statistika Komitəsinin məlumatına görə, qeyri-neft sektorunda nominal ÜDM 8,3%, bu sektorda dövriyyə 9,7% artıb. İstehsal və topdan ticarət sahəsində dövriyyə 7,8%, pərakəndə ticarət sahəsində 36,3%, ictimai iaşə sahəsində 26,4% artıb", - deyə o, bu gün kölgə iqtisadiyyatına həsr olunmuş konfransda bildirib.
Nazir qeyd edib ki, bu rəqəmlər vergi islahatları və kölgə iqtisadiyyatı ilə mübarizənin uğurlu olduğunu nümayiş etdirir.
M.Cabbarov deyib ki, hesabat dövründə aksizli malların da dövriyyəsi artıb.
“7 ay ərzində alkoqol məhsullarının dövriyyəsi 67,3%, tütün məmulatlarının dövriyyəsi 3,6 dəfə artıb”, - deyə o əlavə edib.*
Ə.Məmmədov