Azərbaycan hökuməti 2020-ci ildə ÜDM-nin 2,4% artacağını proqnozlaşdırır.
Maliyyə Nazirliyinin saytında dərc olunmuş proqnozlara əsasən, 2021-ci ildə respublikada ÜDM-nin artım tempi 3,8%, 2022-ci ildə 3%, 2023-cü ildə 2,7% təşkil edəcək.
Beləliklə, 2020-2023-cü illərdə ÜDM-nin orta illik artımı təxminən 3% səviyyəsində olacaq.
2020-ci ildə neft sektorunda ÜDM 0,9%, 2021-ci ildə 4,7%, 2022-ci ildə 2,7%, 2023-cü ildə 1,8% artacaq.
2020-ci ildə qeyri-neft sektorunda ÜDM-nin 3,3%, 2021-ci ildə 3,3%, 2022-ci ildə 3,1%, 2023-cü ildə 3,2% artacağı proqnozlaşdırılır.
Proqnozlara görə, 2020-ci ildə Azərbaycanda ÜDM-nin nominal həcmi 82,7 mlrd. manat, 2021-ci ildə 88,4 mlrd. manat, 2022-ci ildə 92,7 mlrd. manat, 2023-cü ildə 96,9 mlrd. manat təşkil edəcək.
Xəbər verildiyi kimi, 2019-cu ilin yekunları üzrə Azərbaycanda ÜDM-nin 3,2% artacağı proqnozlaşdırılır.
2018-ci ildə iqtisadi artım 1,4% təşkil edib.*
A.Əzizov