Azərbaycan hökuməti 2019-cu ilin yekunları üzrə orta illik inflyasiyanı 3,7% səviyyəsində proqnozlaşdırır.
Maliyyə Nazirliyinin saytında dərc olunmuş proqnozlara əsasən, 2020-ci ildə respublikada orta illik inflyasiya 4,6% təşkil edəcək.
“Lakin növbəti illərdə artım templərinin zəifləyəcəyi və inflyasiyanın birrəqəmli səviyyədə saxlanacağı gözlənilir. Xüsusilə 2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 4,5%-dək, 2022-ci ildə 4,1%-dək, 2023-cü ildə 3,9%-dək azalacaq”, - deyə məlumatda bildirilir.
Daha əvvəl hökumət 2019-cu il üçün orta illik inflyasiyanı 3,8% səviyyəsində proqnozlaşdırmışdı.
2018-ci lin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2,3% təşkil edib.*
N.Abbasova