2019-cu ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $1,7 mlrd. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilir.
2018-ci ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $2 mlrd. 53,5 mln. təşkil edib. Beləliklə, 2019-cu ilin I yarısında birbaşa xarici investisiyaların həcmi 17,1% azalıb.
Hesabat dövründə birbaşa xarici investisiyaların 86,2%-i neft-qaz sektorunun payına düşüb.
I yarımillikdə qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi $237,4 mln. (azalma 43,9%), xüsusi çəkisi 13,8% təşkil edib.
AMB-nin məlumatına görə, cari ilin yanvar-iyun aylarında Azərbaycan şirkətləri xaricdə $1 mlrd. 243,7 mln. (azalma 5,8%), o cümlədən neft-qaz sektoruna $761,2 mln. (artım 58,5%), digər sektorlara $482,5 mln. (azalma 42,6%) məbləğində birbaşa investisiya yatırıb.
Azərbaycan Mərkəzi Bankı Beynəlxalq Valyuta Fondunun (BVF) tövsiyələri ilə 2013-cü ildən tədiyə balansının strukturunu dəyişib. Bununla əlaqədar tədiyə balansının strukturu xalis maliyyə aktivləri və öhdəliklərindən ibarətdir.
2019-cu ilin yanvar-iyun aylarının yekunları üzrə xalis maliyyə aktivləri $583,8 mln. (azalma 4,6 dəfə), öhdəlikləri $643 mln. (azalma 29,4%) təşkil edib. Xalis maliyyə aktivlərinin bu dərəcədə azalması 2019-cu ilin 30 iyun tarixinə digər sərmayələrin $978,4 mln. səviyyəsində mənfi qiyməti ilə izah olunur.
2018-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $4,1 mlrd. təşkil edib.**
A.Əzizov