2019-cu ilin I yarısında Azərbaycandan $1 mlrd. 359,9 mln. məbləğində kapital çıxarılıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi tədiyə balansına dair məlumatda qeyd olunur.
2018-ci ilin yanvar-iyun aylarında Azərbaycandan $1 mlrd. 713 mln. məbləğində kapital çıxarılıb. Beləliklə, hesabat dövründə Azərbaycandan kapitalın çıxarılma həcmi 18,5% azalıb.
Eyni zamanda, 2019-cu ilin II rübündə kapitalın repatriasiya həcmi 2019-cu ilin birinci rübündə $740,8 mln.-a qarşı $655,1 mln. təşkil edib.
AMB qeyd edir ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanın rezidentləri xarici kreditlər üzrə $244,5,6 mln. (2018-ci ilin I yarısında $190 mln.) məbləğində faiz ödənişi həyata keçiriblər.
2018-ci ildə Azərbaycandan $3 mlrd. 156,2 mln. məbləğində kapital çıxarılıb ki, bu da 2017-ci illə müqayisədə 11,9% çoxdur.**
A.Əzizov