Hesablama Palatası dövlət satınalmaları sahəsində rəqabət qabiliyətinin artması məqsədilə şəffaflığın artırılmasını zəruri hesab edir. Bunu Palatanın sədri Vüqar Gülməmmədov deyib.
“Biz bu sahədəşəffaflığın artırılması üçün bir sıra təkliflər hazırlamışıq. Satınalmalar prosesində kiçik və orta müəssisələrin iştirakını zəruri hesab edirik, çünki dövlət vəsaiti KOS-lar üçün əlçatan olmalıdır. Hesab edirik ki, bir mənbədən satınalmaların sayını azaltmaq lazımdır”, - Gülməmmədov cümə günü jurnalistlərə bildirib.
Xəbər verildiyi kimi, 2019-cu ilin birinci yarısında Azərbaycanda 3 mlrd. 110,2 mln. manat məbləğində 6,404 min dövlət satınalma proseduru aparılıb. Ötən ilin analoji dövrü ilə müqayisədə, satınalmaların sayı 7%, həcmi – 5,1% artıb. **
Ə.Məmmədov