2019-cu ilin avqust ayında Gürcüstana 287,4 min nəfər Azərbaycan vətəndaşı səfər edib ki, bu da 2018-ci ilin avqust ayının göstəricisi ilə müqayisədə 16% çoxdur. Bu barədə Gürcüstan DİN Analitik-İnformasiya Departamentinin məlumatında deyilir.
Avqust ayında Azərbaycan Gürcüstana səfər etmiş azərbaycanlıların sayına görə 1-ci yerdə qərarlaşıb. 2-ci yerdə Rusiya (252,9 min nəfər – azalma 6%), 3-cü yerdə Ermənistan (249,7 min nəfər - artım 4%), 4-cü yerdə Türkiyə (180,9 min nəfər – artım 9%), 5-ci yerdə Ukrayna (32,2 min nəfər – artım 21%), 6-cı yerdə İsrail (30,1 min nəfər – artım 21%) gəlir.
Məlumata görə, 2019-cu ilin 8 ayı ərzində Gürcüstana 6 mln. 216,5 min turist gəlib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 6,1% çoxdur.*