Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) əməkdaşları üçün treninqlər keçirəcək. Bu barədə MBNP-nin elanında deyilir.
“ABTM MBNP-nin əməkdaşları üçün fərdi və qrup şəklində treninqlərin keçirilməsi ilə bağlı Palatanın elan etdiyi kotirovka sorğusunun qalibi olub. Sentyabrın 13-də ABTM ilə müvafiq müqavilə bağlanılıb”, - deyə elanda bildirilir.
Xidmətlərin dəyəri 36,02 min manat təşkil edəcək.*
Ə.Məmmədov