Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Şamaxı şəhərində səfərdədir. Bu barədə rəsmi KİV-in məlumatında deyilir.
M.Əliyeva ulu öndər Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
O, həmçinin Şamaxının Məlikçobanlı kəndində yeni tikilmiş Gülağa Ağayev adına tam orta məktəbin binasının açılışında iştirak edib, burada yaradılan şəraitlə tanış olub.
Birinci vitse-prezident Şamaxı Cümə məscidini ziyarət edib, zəlzələ nəticəsində şəhərin Şirvanşah İbrahim küçəsi ünvanında qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanış olub.*
Ə.Məmmədov