Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktay bu gün Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə rəsmi KİV-in məlumatında deyilir.
“Türkiyə Respublikasının vitse-prezidentini Azərbaycan Respublikası baş nazirinin müavini Əli Həsənov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, F.Oktayın səfərində məqsəd Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasında iştirak etməkdir.*
Ə.Məmmədov