2016-cı ilin yanvar-iyun aylarında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsinin həcmi $1,5 mlrd. təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,9 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“2019-cu ilin birinci yarısında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 1,9 dəfə - $1,5 mlrd.-a qədər azalıb. Bununla yanaşı, hesabat dövrü ərzində göstərilən turizm xidmətlərinin profisiti $30 mln. təşkil edib, bu da 2018-ci ilin yanvar-iyun aylarının göstəricisindən 7,4 dəfə azdır”, - AMB-dən 2019-cu ilin birinci yarısı ərzində tədiyyə balansının məlumatına istinadən bildirilir.
Hesabat dövründə qeyri-rezidentlər tərəfindən Azərbaycan vətəndaşlarına $747 mln. dəyərində turizm xidmətləri göstərilib. “Bu məbləğin 89,1%-i Azərbaycan vətəndaşlarının xaricə səfərlər zamanı sərf etdikləri vəsaitin payına düşüb”, - AMB-dən məlumat verilir.
2018-ci ildə Azərbaycanın turizm xidmətləri balansının profisiti $349,8 mln. təşkil edib.**
Ə.Məmmədov