Azərbaycan hökuməti 2020-ci ildə dövlət büdəcindən 2 mlrd. 458,2 mln. manatı ($1 mlrd. 446 mln.) dövlət borcunun xidmətinə ayırmağı planlaşdırır, bu da 2019-ci il üçün nəzərdə tutulan məbləğdən 5,3% çoxdur.
“İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi gələn il üçün büdcə materiallarına əsasən, xüsusilə kreditlər üzrə faizlərin ödənilməsinə xərclər 775,4 mln. manat təşkil edəcək.
2020-ci ildə Azərbaycan hökuməti $559,4 mln. məbləğində xarici borc cəlb etmyi planlaşdırır.
Daxili bazarda borclar 100 mln. manat səviyyəsində gözlənilir.
Maliyyə Nazirliyinin qiymətəndirmələrinə görə, 2019-cu ilin sonuna Azərbaycanın dövlət borcu 16 mlrd. 482 mln. manat (2019-cu il ərzində azalma 0,1%) təşkil edəcək, bunun $8,86 mlrd.-ı (15 mlrd. 62 mln. manat) xarici borc, 1 mlrd. 420 mln. manatı – daxili borcun payına düşəcək.
1 iyul 2019-cu ilə Azərbaycanın dövlət borcunun həcmi 16 mlrd. 510,2 mln. manat (cari məzənnə ilə $9 mlrd. 711,9 mln.) və ya ÜDM-in 20,7%-i səviyyəsində qiymətləndirilir.
Hökumətin qiymətləndirmələrinə əsasən, 2025-ci ildə Azərbaycanın dövlət borcunun həcmi $7,7 mlrd.-a qədər və ya ÜDM-in 14,1%-i azalmalıdır. **
Ə.Məmmədov