Oktyabrın 17-də “Günay Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“Növbədənkənar ümumi yığıncağın gündəliyinə Müşahidə Şurasının və Audit Komitəsinin tərkibinin təsdiq olunması daxildir”, - deyə məlumatda bildirilir.
Bundan başqa, səhmdarlar bankın cari fəaliyyəti ilə bağlı digər məsələləri də müzakirə edəcəklər.
“Günay Bank” ASC 1992-ci ildə fəaliyyət üçün lisenziya əldə edib. Bankın səhmdarları 7 fiziki şəxsdir.*
B.Rüstəmbəyov