Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava sentyabrın 17-də Azərbaycana işgüzar səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan”a Gürcüstanın Bakıdakı səfirliyindən məlumat verilib.
“Səfər çərçivəsində Turnava rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli əlaqələr, iqtisadi münasibətlərin inkiaşfı məsələləri müzakirə olunacaq”, - agentliyin həmsöhbəti bildirib.
O cümlədən, səfər çərçivəsində Gürcüstan-Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi məsələsi müzakirə olunacaq.
Hökumətlərarası Komissiyanın son iclası 2011-ci il dekabrın 20-də Tbilisi şəhərində keçirilib. **
F.İsazadə