“AF Holdinq” Rusiyanın “Trast” dövlət bankından Moskvada avtobazar ilə ticarət-anbar kompleksi alıb. Bu barədə RBK məlumat verir.
“Trast” dövlət bankı Varşava şossesi , 170 ünvanında avtobazar ilə ticarət-anbar kompleksi satıb. Obyekt 2,6 mlrd. rubl məbləğ ilə satışa çıxarılıb. Bankdan məlumat verilib ki, yekun qiymət gözləntilərdən artıq olub. Lakin məbləği, həm də alıcının adını qeyd etməyiblər”, - nəşr bildirir.
Kompleks Cənubi Çertanovo rayonunda “Annino” metro yaxınlığında yerləşir. Anbar yerlərinin sahəsi 11 min kv. metr, torpaq sahəsinin – 21,7 hektardır. Aktiv 2019-cu ilin mart ayında “Rost Bank”ın birləşməsindən sonra “Trast”a ötürülüb. Daşınmaz əmlak “Rusinkom” SC şirkətinin adına rəsmləşdirilib.
“AF Holdinq”in struktrları alıcı qismində çıxış edib. Bu, developerin paytaxtda ilk layihəsi olacaq”, - məlumatda deyilir.
“AF Holdinq” kommersiya və yaşaylş daşınmaz əmlak tikintisində ixtisaslaşır. “Uğur-97” tikinti şirkəti, “AFSAN Plastik” zavodu, “AF Mall” və “AFcom Plaza” ticarət mərkəzləri, “AF Hotel Aqua Park” mehmanxana kompleksi və Bakıda avkaparklar holdinqə məxsusdur. Həmçinin şirkət London və Frankfurtda ofislərə malikdir. **
N.Abbasova