Bakı müşahidəçi qismində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı nəzərdən keçirmir. Bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.
“Hazırda Azərbaycan hər hansı formada, o cümlədən qismində KTMT-də iştirakı nəzərdən keçirmir”, - Hacıyev RealTV telekanalına müsahibəsində bildirib.
“”Bu, Ermənistanda o dərəcədə fobiyaya çevrilib ki, Azərbaycan tərəfindən hər hansı rəsmi müraciət olmadığı halda bu məsələni İrəvanda müzakirəyə çıxarırlar”, - o əlavə edib.
Hacıyev “Azərbaycanın KTMT-nin bütün üzv ölkələrilə, Ermənistan istisna olmaqla, həmçinin hərbi və hərbi-texniki sahədə sıx dostluq və tərəfdaşlıq münasibətəri olması” faktının nəzərə alınmasının zəruriliyini vurğulayıb.
O, həmçinin bildirib ki, hazırki perspektivdə Bakıda təşkilatda iştirak məsələsinə baxılmasa belə, “Azərbaycan diqqətlə KTMT-nin fəaliyyəti və təşkilatrın müzakirə etdiyi məsələri diqqtlə izləyir” . **
F.İsazadə