MEGOGO platformasında yeni [M] LEGO HD uşaq kanalı yayıma başlayıb. Bu barədə MEGOGO-nun mətbuat xidməti məlumat verir.
Məlumata əsasən, kanal LEGO konstruktoru və onların oyuncaqlarından kontent təqdim edəcək.
“[M] LEGO HD “efirində” LEGO-dan çox sayda kontent, xüsusilə, populyar multiplikasiya serialları – «Ниндзяго», «Супергерои DC», «Marvel: Новые Мстители», «Marvel: Стражи Галактики», «Парк Юрского периода», «LEGO CITY», «LEGO friends» və s. təqim olunacaq. Həmçinin, pleylistə LEGO-nun xüsusi buraxılışları və tammemtrajlı film daxildir”, - məlumatda deyilir.
Bundan başqa, kanalın kontenti mütəmadi yeni seriyaların premyeraları və LEGO studiyasının şousu ilə olaraq yenilənəcək.
MEGOGO-dan qeyd olunduğu kimi, kanal uşaqlarla birlikdə konstruktor ilə maraqlanan böyüklər üşün də nəzərdə tutulur.
MEGOGO – MDB və Şərqi Avropada onlayn TV və kino baxışı üçün ən iri videoservisdir. **
X.Nəsirzadə