2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,6% - 2 mlrd. 139,9 mln. manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə avtomobil benzini istehsalı 1,4% - 818,2 min tonadək, dizel yanacağı istehsalında 6,5% - 1 mln. 450,2 min tonadək, birbaşa qovulan benzin istehsalı 21,9% - 184,6 min tonadək, soba mazutunun istehsalında 50,9% – 76,8 min tonadək artıb.
Yanvar-avqust aylarında kerosin istehsalında 2,8% - 406,2 min tonadək, sürtkü yağı istehsalı 84,5% – 13,4 min tonadək, neft bitumu istehsalı 15,3% - 163,1 min tonadək, neft koksu istehsalı 2,9% - 168,5 min tonadək azalma qeydə alınıb.
Hazırda Azərbaycanda yalnız biz zavod - Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. **
N.Abbasova