2019-cu il oktyabrın ortasında Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək.
Özbəkistan prezidenti Mirziyoyev bu il oktyabrın 15-də Bakıda keçiriləcək Türk Şurasının 7-ci Zirvə görüşündə iştirak edəcək”, - Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verir.
Məlumatda qeyd olunur ki, Azərbaycan Özbəkistanı TDƏŞ-ə qoşulmaq qərarı ilə əlaqədar təbrik edib.
“2019-cu il sentyabrın 14-ə təsadüf edən Özbəkistan Respublikası tərəfindən Naxçıvan Sazişinin ratifikasiyasının tamamlanması Türkdilli Dövlətlərinin həmrəyliyinin möhkəmləndirilməsində növbəti əlamətdar hadisə oldu”, - XİN-in bəyanatında deyilir.
Oktyabrın 14-15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçiriləcək. Sammit çərçivəsində biznes forum təşkil olunacaq.
Bundan başqa, sammitdə Ticarət-Sənaye Palatası və Türkdilli Dövlətlərin Birgə İnvestisiya Fondunun yaradılması məsələlərinin müzakirəsi planlaşdırılır.
Hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə TDƏŞ-in üzv-ölkələri, Macarıstan – müşahidəçi ölkədir. **
B.Rüstəmbəyov