2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 98,2 mln. manat və ya hesabat dövründə ÜDM-nin 0,2%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 14 mlrd. 810,3 mln. manat (ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə artım 5,2%), xərcləri 14 mlrd. 712,1 mln. manat (artım 9,1%) təşkil edib.
Yanvar-avqust aylarında Azərbaycan üzrə ÜDM-nin nominal həcmi 50 mlrd. 875,7 mln. manat təşkil edib.
2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 23 mlrd. 168 mln. manat, xərcləri üzrə 25 mlrd. 190 mln. manat təşkil edir. Cari ildə dövlət büdcəsinin kəsiri 2 mlrd. 22 mln. manat və ya ÜDM-nin 2,5%-i səviyyəsində proqnozlaşdırılır.*
Ə.Məmmədov