2019-cu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 36 mlrd. 861,6 mln. manat təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 6,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-avqust aylarında Azərbaycanda orta illik inflyasiya 2,6% təşkil edib.
Statistik məlumatlara görə, bu dövrdə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 5,5% - 3 min 727,8 manatadək artıb.
Yanvar-avqust aylarında bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 33 mlrd. 771,5 mln. manat qalır ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 6,3% çoxdur.
2018-ci ildə əhalinin nominal pul gəlirləri 9,2% artıb.*
Ə.Məmmədov