2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan 18 mln. 306,4 min ton neft ixrac edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 3,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixrac edilən neftin ümumi dəyəri $8 mlrd. 616 mln. 452,9 min (azalma 9,1%) təşkil edib.
2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan 6 mlrd. 938,2 mln. kubmetr qaz ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 34% çoxdur. Hesabat dövründə ixrac edilmiş qazın ümumi dəyəri $1 mlrd. 418 mln. 806,6 min (artım 1,6 dəfə) təşkil edib.
2018-ci ildə Azərbaycan $16 mlrd. 345,52 mln. dəyərində 32 mln. 651,1 min ton neft və $1 mlrd. 705 mln. 668,6 min dəyərində 9 mlrd. 914,9 mln. kubmetr təbii qaz ixrac edib.
Hazırda Azərbaycan qazı Gürcüstan və Türkiyəyə ixrac olunur.**
N.Abbasova