National Geographic Traveler-in keçirdiyi National Geographic Traveler Awards 2019 Mükafatları mükafatına səsvermənin nəticələrinə görə, Azərbaycan ekskursiya istirahəti üzrə dünyanın aparıcı ölkələrinin beşliyinə daxil olub. Bu barədə “TurStat” analitik agentliyi xəbər verir.
Sentyabr ayının 16-na olan məlumata görə, Azərbaycan İtaliya, Böyük Britaniya, Portuqaliya və Belçika ilə yerləri bölüşüb.
Sağlamlaşdırıcı istirahət üzrə Çexiya və İordaniya, xizək istirahəti üzrə İsveçrə və Avstriya, ekskursiya istirahəti üzrə İtaliya və Böyük Britaniya, ailəvi istirahət üçün İspaniya və Bolqarıstan, çimərlik istirahəti üzrə Yunanıstan və Türkiyə, ekzotik səyahətlər üzrə Yaponiya və Braziliya, qastronomik səyahətlər üzrə Gürcüstan, macəra istirahəti üzrə isə İslandiya liderlik edir.
Səsvermə National Geographic Rusiya internet saytında oktyabrın 12-dək davam edəcək.*
X.Nəsirzaə