19-28 sentyabr tarixlərində Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Çjanşun Azərbaycan, Qazaxıstan və Rusiyaya rəsmi səfər edəcək. Bu barədə Sinhua xəbər agentliyi məlumat verir.
“Səfər zamanı Li Çjanşun Qazaxıstanda Avrasiya ölkələri parlament spikerlərinin 4-cü müşavirəsində və Rusiyada Çin-Rusiya Federasiyası Federal Məclisinin əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın 5-ci iclasında iştirak edəcək”, - məlumatda qeyd olunur.
Nəşr bildirir ki, Çjanşunun qeyd edilən ölkələrə səfəri Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədov, Qazaxıstan Parlamenti Senatının sədri Dariqa Nazarbayeva, Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulin və RF Dövlət Duması sədri Vyaçeslav Volodinin dəvəti ilə baş tutacaq. **
F.İsazadə