2019-cu ilin yanvar-avqust aylarında Azərbaycan 21 mln. 452,779 min ton bəyan edilmiş neft ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Cari ilin yanvar-avqust aylarında Azərbaycandan ixrac olunmuş $10 mlrd. 458 mln. 785,48 min dəyərində neftin bəyan edilmiş həcmi 21 mln. 452,779 min ton təşkil edib”, - Komitədən bildirilir.
2018-ci ilin yanvar-vaqust aylarında ixrac edilmiş $10 mlrd. 493 mln. 533,73 min dəyərində neftin bəyan edilmiş həcmi 19 mln. 934,911 min ton təşkil edib. Beləliklə, 2019-cu ilin hesabat dövründə neft ixracı miqdar ifadəsində 7,6% artıb, dəyər ifadəsində 0,4% azalıb.
2019-cu ilin 8 ayı ərzində Azərbaycan $1 mlrd. 421 mln. 244,97 min dəyərində 7 mlrd. 415 mln. 337,64 min kubmetr bəyan edilmiş qaz ixrac edib.
2018-ci ilin yanvar-iyul aylarında ixrac edilmiş $877 mln. 666,17 min dəyərində qazın bəyan edilmiş həcmi 4 mlrd. 631 mln. 59,99 min kubmetr təşkil edib. Beləliklə, 2019-cu ilin hesabat dövründə qaz ixracı miqdar ifadəsində 60,1%, dəyər ifadəsində 61,9% artıb.
2018-ci ildə Azərbaycandan ixrac olunmuş $15 mlrd. 719 mln. 482,37 min dəyərində neftin bəyan edilmiş həcmi 29 mln. 498,337 min ton, $1 mlrd. 499 mln. 385,84 min dəyərində qazın bəyan edilmiş həcmi 7 mlrd. 900 mln. 12,99 min kubmetr təşkil edib. **
N.Abbasova