Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin sonuna kimi 10-a qədər müavinət və təqaüd növü üzrə təyinat mexanizmini elektronlaşdıracaq. Bu barədə nazirliyin məlumatında deyilir.
“Cari ilin ilk aylarından sosial müavinətlərin elektron təyinatı infrastukturunun qurulması işlərinə başlayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilin sonuna kimi 10-a qədər müavinət və təqaüd növü üzrə təyinat mexanizmini elektronlaşdıracaq”, - deyə məlumatda bildirilir.
Onların sırasına uşağın anadan olmasına görəbirdəfəlik müavinət, 18 yaşadək sağlamlıq imkanları məhdud uşağa görə aylıq müavinət və həmin uşaqlara qulluq edənə aylıq təqaüd, eləcə də birinci, ikinci və üçüncü dərəcə əlilliklərə (o cümlədən müharibə səbəbi ilə əlaqədar həmin dərəcələr üzrə əlilliklərə) görə aylıq müavinət və birinci dərəcə əlilliyi olan şəxsə qulluq edənə aylıq təqaüd aiddir.*
X.Nəsirzadə