Azərbaycan və Türkiyəarasında növbəti yüksək səviyyəli görüş zamanı Preferensial Ticarət Sazişi imzalanacaq. Bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Bu məsələ bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclasında müzakirə olunub”, - Mustafayev bazar ertəsi Azərbaycan-Türkiyə biznes forumunda bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycan Naxçıvanın Türkiyə ilə preferensial ticarəthəcmini artırmağa ümid edir.
İki ölkə arasında ticarət münasibətlərinə toxunan Mustafayev vurğulayıb ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.
“2018-ci ilin yekunları üzrə ölkələr arasında ticarət dövriyyəsi $3,4 mlrd.-a çatıb və 28% artıb. 2019-cu ilin 7 ayının yekunları üzrə ticarət dövriyyəsi 2,3 mlrd. dollar təşkil edib, bu da 2018-ci ilin yanvar-iyul aylarının göstəricisindən 33% çoxdur”, - nazir bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda Türkiyə kapitalı ilə 3 mindən artıq şirkət fəaliyyət göstərir. “Türkiyə şirkətləri Azərbaycanın dövlət sektorunda 300 layihə çərçivəsində $15,5 mlrd. məbləğində iş yerinə yetiriblər”, - Mustafayev bildirib.
O, həmçinin vurğulayıb ki, Azərbaycan iqtisadiyyatına Türkiyə sərmayələri $12,2 mlrd.-a, Türkiyə iqtisadiyyatına Azərbaycanın sərmayələri - $15 mlrd.-a çatıb.
Həmçinin, nazir vurğulayıb ki, Hökumətlərarası Komissiyanın iclası zamanı 2019-2021-ci illər üçün Fəaliyyət Planı imzalanıb. Onun sözlərinə görə, bu, ticarət-iqtisadi və digər sahələrdə əməkdaşlığı genişləndirməyə imkan verəcək.
O cümlədən, Mustafayev Türkiyə şirkətıərini Azərbaycanda ASK, sənaye, energetika, əczaçılıq sahələrində birgə fəaliyyətə dəvət edib.
Öz növbəsində Türkiyənin vitse-prezidenti Fuad Oqtay forumda bəyan edib ki, iki ölkə arasında Preferensial Ticarət Sazişi 2019-cu ilin sonunadək imzalanacaq. **
B.Rüstəmbəyov