Türkiyə 2023-cü ilə qədər Azərbaycanla qarşılıqlı ticarət dövriyyəsini $15 mlrd.-a qədər artırmaq niyyətindədir. Bunu Türkiyənin vitse-prezidenti Fuad Oqtay deyib.
“Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi $3,4 mlrd. təşkil edib. Biz bu rəqəmi 2023-cü ilə qədər $15 mlrd.-a qədər artırmağı planlaşdırırıq”, - Oqtay bazar ertəsi Bakıda keçirilən Azərbacan-Türkiyə biznes forumunda bildirib.
Beləliklə, 2019-2022-ci illərdə qarşılıqlı ticarət dövriyyəsi 4,4 dəfə artmalıdır.
Onun sözlərinə görə, bu “çox böyük göstəricidir” və iki ölkə rəhbərliyi müvafiq orqanlar qarşısında bu məsələ ilə bağlı çox sayda tapşırıqlar qoyub. **
Ə.Məmmədov