“Azərbaycan Dəmir Yolları" (ADY) QSC 200 ədəd örtülü vaqonun alışına dair tender üzrə təkliflərin qəbulu müddətini oktyabrın 10-dək uzadıb. Bu barədə “İinterfaks-Azərbaycan”a QSC-dən məlumat verilib.
“İddiaçılardan ərzilərin qəbulu müddəti sentyabrən 26-da başa çatır. Lakin, ADY potensial tədarükçülərdən təkliflərin qəbulu müddətini oktyabrın 10-u saat 18:00-dək uzatmağı qərara alıb”, - cəmiyyətdən qeyd ediblər.
Tender təkliflərinin açılması oktyabrın 11-də saat 15:00-da baş tutacaq.
Tenderdə iştirak haqqı 300 manatdır.
Qalibin seçilməsində əsas meyarlar bunlardır: ucuz qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, təcrübə, maliyyə vəziyyəti və zəmanət müddəti. **
N.Abbasova