Vergilər Nazirliyi dəftərxana və təsərrüfat mallarının tədarükçüsünü müəyyən edib. Bu barədə nazirliyin elanında deyilir.
“Nazirliyin elan etdiyi tenderin qalibi "Simplex" şirkəti olub. Bu şirkətlə ümumilikdə 1 mln. 600 min 519,59 manat dəyərində 3 müqavilə bağlanılıb”, - deyə elanda bildirilir.
Vergilər Nazirliyi dəftərxana mallarının alınmasına 915 min 585,68 manat, təsərrüfat mallarının alınmasına 365 min 27,06 manat, kartriclərin alınmasına 319 min 906,85 manat yönəldəcək.*
Ə.Məmmədov