2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 517,1 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada sement istehsalı 2 mln. 225,3 min ton (2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə azalma 1,1%), tikinti əhəngi istehsalı 30,1 min ton (artım 54%), sement, süni daş və betondan tikinti blokları və kərpic, süni daş və ya beton istehsalı 67,9 min ton (artım 22,2%), tikinti kərpici istehsalı 276,2 min ton (artım 16,9%), işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatların istehsalı 23,917 min ton (artım 20,5%) təşkil edib.
Hesabat dövründə tikinti gipsi istehsalında 81,6% - 7 min tonadək, beton konstruksiya istehsalında 32,1% - 45,2 min kubmetrədək azalma qeydə alınıb.**
B.Rüstəmbəyov