Dövlət Gömrük Komitəsi ökə ərazisində bütün sərhəd-keçid məntəqələrini iki il ərzind yeni rentgen avadanlıqları ilə təchiz etmək niyyətindədir. Bunu DGK-nin sədri Səfər Mehdiyev deyib.
“Bütün sərhəd-keçid məntəqələrində yeni rentgen avadanlıqlarının alınaraq quraşdırılması nəzərdə tutulur və yaxın iki il ərzində bu iş tamamlanacaq”, - Mehdiyev Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann ilə görüş zamanı bildirib.
Mehdiyevin sözlərinə görə, bu bütün nəqliyyat vasitələrinə fiziki yoxlama həyata keçirilmədən ölkə ərazisinə girişi təmin etməyə imkan verəcək. **
Ə.Məmmədov