2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda 5 mlrd. 206,7 mln. manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 6,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 2 mlrd. 557 mln. manat məbləğində heyvandarlıq, 2 mlrd. 649,7 mln. manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 3,1%, bitkiçilik məhsullarının istehsal həcmi 9,2% artıb.
Yanvar-iyul aylarında respublikada 332,6 min ton ət (artım 3%), 1 mln. 386 min ton süd (artım 1,5%), 1 mlrd. 242,2 mln. ədəd yumurta (artım 6,9%), 15,4 min ton yun (artım 1,5%) istehsal edilib. Bundan başqa, hesabat dövründə 643,7 ton barama istehsal edilib (artım 25,3%).
Hesabat dövründə ölkədə kənd təsərrüfatı bitkilərin yığımı davam edib. Belə ki, sentyabrın 1-nə 3,229 mln. ton dənlilər və dənli paxlalı bitkilər (artım 6,3%), 703,8 min ton kartof (artım 9,5%), 1 mln. 283,8 min ton tərəvəz (artım 11,3%), 427,9 min ton bostan məhsulları (artım 14,9%), 382,4 min ton meyvə və giləmeyvə (artım 5,6%), 56,5 min ton üzüm (artım 49,4%), 580,8 ton çay (azalma 16,4%), 31,4 min ton günəbaxan (artım 48,7%), 3,5 min ton tütün (azalma 19,4%) və 19,6 min ton şəkər çuğunduru (azalma 78,3%), 164,8 ton pambıq (artım 5%) yığılıb.
Avqustun 1-nə 2018-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 4,6% artıb.**
Ə.Məmmədov