Dövlət Statistika Komitəsi 1 mln. 557 min 458,48 manat ümumi məbləğdə podrat işlərinin həyata keçirilməsi üçün "Araz-İnşaatçı" MMC ilə 4 müqavilə imzalayıb.
www.tender.gov.az saytının məlumatına əsasən, "Araz-İnşaatçı" Yevlax Şəhər Statistika İdarəsinin inzibati binasının yenidən qurulması və əsaslı təmiri işlərini həyata keçirəcək. Müqavilənin dəyəri 388,728 min manatdır.
Bundan başqa, "Araz-İnşaatçı" Şamaxı Rayon Statistika İdarəsi üçün inzibati binanın tikintisi işlərini (dəyəri 609 min 174,67 manatdır), Ağcabədi Rayon Statistika İdarəsinin inzibati binasının yenidən qurulması və əsaslı təmiri işlərini (327 min 866,16 manat), Ağsu Rayon Statistika İdarəsinin inzibati binasının yenidən qurulması və əsaslı təmiri işlərini (231 min 689,65 manat) həyata keçirəcək. **
X.Nəsirzadə