2019-cu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 653,2 min ton buğda idxal edilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 9,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $145 mln. 789 min (artım 37,5%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $68 mln. 377,2 min dəyərində (artım 1,6 dəfə) 182,5 min ton şəkər xammalı və şəkər (artım 1,6 dəfə), $61 mln. 321,5 min dəyərində (azalma 16,8%) 81,104 min ton bitki yağı (azalma 5,5%), $28 mln. 746,7 min dəyərində (azalma 1,3%) 7,379 min ton çay (azalma 1,5%), $37 mln. 304,9 min dəyərində (azalma 13,2%) 7,482 min ton kərə yağı və süd (artım 2,4%) idxal edilib.
Yanvar-iyul aylarında ayında respublikaya $16 mln. 780,8 min dəyərində (artım 19,1%) 5,3 min ton iribuynuzlu heyvan əti (artım 14,7%), $22 mln. 804,7 min dəyərində (artım 14,4%) 20,608 min ton quş əti və quş əti məhsulları (artım 14,7%) idxal olunub.
Yanvar-iyul aylarında respublikaya $72 mln. 310,7 min dəyərində (artım 20,9%) 70,847 min ton meyvə (artım 5,1%), $8 mln. 358,7 min dəyərində (artım 33,2%) 16,176 min ton tərəvəz (artım 39,7%), $23 mln. 976 min dəyərində (artım 17,3%) 91,83 min ton kartof (artım 14,1%) idxal edilib.
Hesabat dövründə ölkədən $156 mln. 768,4 min dəyərində (artım 0,8%) 168,3 min ton tərəvəz (artım 1%), $159 mln. 911,9 min dəyərində (artım 38%) 112,5 min ton meyvə (artım 26,2%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $16 mln. 531 min dəyərində (artım 11,2%) 37,993 min ton şəkər (artım 49,2%), $4 mln. 158 min dəyərində (azalma 33,1%) 4,389 min ton bitki yağı (azalma 33,9%) ixrac edilib.
Həmçinin yanvar-iyul aylarında Azərbaycandan $6 mln. 915,7 min dəyərində (аrtım 19,5%) 6,179 min ton meyvə və tərəvəz şirələri (artım 36,3%), $3 mln. 879,5 min dəyərində (azalma 15,6%) 295,9 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (azalma 20,7%), $4 mln. 544,4 min dəyərində (аrtım 11,5%) 3 min 602,3 ton meyvə və tərəvəz konservləri (artım 6,4%), $7 mln. 446 min dəyərində (artım 31,2%) 3,404 min ton tütün (artım 1,9 dəfə) ixrac edib.**
B.Rüstəmbəyov