2019-cu ilin yanvar-avqust aylarında Azərbaycana $176 mln. 829,83 min dəyərində əczaçılıq məhsulları idxal olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Yanvar-avqust aylarında Azərbaycana $176 mln. 829,83 min dəyərində (azalma 1,2%) 8 min 886,8 ton həcmində əczaçılıq məhsulları (2018-ci ilin yanvar-avqust aylarının göstəricisi ilə müqayisədə azalma 5,7% - İF) idxal olunub”, - deyə məlumatda bildirilir.
2018-ci ildə Azərbaycana $290 mln. 184,22 min dəyərində 16 min 933,78 ton həcmində əczaçılıq məhsulları idxal olunub.*
N.Abbasova