Milli Məclisin Elm və Təhsil Komitəsi oktyabrın ilk ongünlüyündə "Ali təhsil haqqında" qanun layihəsini müzakirə etməyi planlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, bu barədə komitənin bu gün keçirilən iclasında bildirilib.
Komitə üzvləri, həmçinin payız sessiyası üçün fəaliyyət planını təsdiqləyiblər.
Bundan əlavə, bu gün komitə bir sıra qanunlara dəyişiklikləri təsdiq edərək parlamentə onları ikinci oxunuşda qəbul etməyi tövsiyə edib.*
X.Nəsirzadə