Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani və bu ölkənin xarici işlər naziri Səlahəddin Rəbbani oktyabrda Bakıya səfər etməyi planlaşdırırlar. Bunu Əfqanıstanın Azərbaycandakı səfiri Xeyrullah Spelenay deyib.
“Prezident və XİN başçısı Qoşulmama Hərəkatının sammitində iştirak məqsədilə Bakıya səfər etmək niyyətindədirlər. Əminik ki, bu sammit qlobal və regional terrorçuluqla mübarizədə konsesnusun möhkəmlənməsinə xidmət edəcək”, - səfir Əfqanıstanın Müstəqillik Günü münasibətidlə rəsmi qəbulda bildirib.
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının sammiti 2019-cu il 21-26 oktyabr tarixlərində Bakıda keçiriləcək. **
F.İsazadə, Ə.Məmmədov