Əfqanıstan Ticarət və Sənaye Nazirliyi Azərbaycan İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakıda Əfqanıstan mallarının sərgisini təşkil edirlər. Bunu Əfqanıstanın Azərbaycandakı səfiri Xeyrullah Spelenay deyib.
“Azərbaycanda Əfqanıstan mallarının sərgisini keçirməyi planlaşdırırıq. 11-14 oktyabr tarixlərində Bakıda keçiriləcək sərgi Əfqanıstan Ticarət və Sənaye Nazirliyi Azərbaycan İqtisadiyyat Nazirliyi ilə birlikdə təşkil olunub. Ümid edirik ki, bu sərgi ölkələrimiz arasında ticarət dövriyyəsinin mühüm dərəcədə artmasına imkan yaradaca”", - səfir Əfqanıstanın Müstəqillik Günü münasibətilə rəsmi qəbulda bildirib.
Spelenay qeyd edib ki, 2019-cu ilin birinci yarısının yekunları üzrə iki ölkə arasında ticarət dövriyyəsi $56 mln. təşkil edib, xüsusilə Əfqanıstanın ASK məhsulları və tikinti materiallarının Azərbaycana tədarükü artıb.
Öz növbəsində Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə vurğulayıb ki, 2019-cu ilin beş ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 15% artıb.
O, həmçinin Azərbaycanla Əfqanıstan arasında “SilkWay Airlines” ilə həyata keçirilən yük daşımaları, həmçinin iki ölkənin Lapis lazuli beynəlxalq nəqliyyat dəhlizi (“Lazurit”) çərçivəsində əməkdaşlığını qeyd edib. **
F.İsazadə, Ə.Məmmədov