Azərbaycanda qan vermə aksiyasında 5,809 min nəfər iştirak edib, onlardan 169 nəfərdə virus aşkarlanıb. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, cəmi 2 min 614,1 litr qan götürülüb.
Eyni zamanda, 76 nəfərdə Hepatit C (HCV), 44 nəfərdə Hepatit B (HbsAg) və 49 nəfərdə sifilis aşkar olunub.
“Virus aşkar olunan nümunələr müvafiq gaydalara uygun olarag zərsizləşdirilib”, - nazirlik qeyd edir. **
X.Nəsirzadə