2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana kondisioner idxalı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə - 178,3 min ədədə qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $41 mln. 603 min məbləğində (artım 1,7 dəfə) qiymətləndirilir.
Yanvar-iyulda Azərbaycana $44 mln. 62,9 min dəyərində (artım 20,9%) 294,5 min ədəd (artım 29,2%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 9% - 100,3 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $20 mln. 551,1 min (artım 25,3%) təşkil edir.**
B.Rüstəmbəyov