Nazirlər Kabineti “Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti Qaydası”nı təsdiq edib Qaydalara əsasən, Yarmarkanın təşkili məqsədləri işəgötürənlərə yarmarka iştirakçıları arasından lazımi kadr seçmək, həmçinin işaxtaranlarla birbaşa müsahibələr keçirmək imkanının yaradılması, işsiz və işaxtaran şəxslərin aktiv əmək bazarı proqramları, vakant iş yerləri barədə məlumatlandırılması, iş axtarışı üsulu, əmək bazarında özünü təqdimetmə, peşə istiqamətinin seçilməsi ilə bağlı məsləhətlərin verilməsidir.
Bu cür yarmarkaların təşkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və “DOST” mərkəzlərinin üzərinə vəzifə qoyulub. **
B.Rüstəmbəyov