Quba rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər həlak olub, daha iki nəfərə ağır xəsarət alıb.
Yol qəzası Söhüb kəndi ərazisində baş verib. “Azərişıq” ASC-yə məxsus “UAZ” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.
“Qəza nəticəsində iki nəfərə hadisə yerində həlak olub, daha iki nəfər Quba Rayon Mərkəzi Xəstəxanasına aparılır”, - Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Nazirlik qeyd edir ki, həkimlər yaralıların vəziyyətini kritik kimi qiymətləndiriblər. **
F.İsazadə