“Azərsu” QSC polietilen boruların alışına 4 mln. 719 min 902,06 manat yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, “Azərsu” "Azertexnolayn" MMC ilə müvafiq müqavilə imzalayıb.
"Azertexnolayn" MMC 2013-cü ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti olub. Müəssisə müxtəlif diametrli polad boru istehsalı ilə məşğuldur. Müəssisə ildə 75 min ton müxtəlif diametrli polad borular, 60 min ton müxtəlif diametrli və yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar və 12 min ton xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edir.
27 min kavdratmetr isehsal sahəsinə sahib zavodda Amerika, Almaniya və Türkiyə istehsalı olan müasir avadanlıqlar quraşdırılıb.
“Azertexnolayn” MMC 2018-ci ildə 33,5 mln. manat dəyərində məhsul istehsal edib, 11,6 mln. manat dəyərində müxtəlif diametrli boru ixrac edilib. **
Ə.Məmmədov