2017-ci ildə Azərbaycanda qəbul olunan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna hazırda riayət olunmur. Bunu Milli Məclisin deputatı Qənirə Paşayev çərşənbə günü Səhiyyə Komitəsinin iclasında bildirib.
“Azərbaycanda tətbiq olunan qadağaya baxmayaraq ictimai yerlərdə siqaret çəkənlıərin sayı azalmır”, - Paşayeva əlavə edib.
Onun sözlərinə görə, ictimai yerlərdə siqaret çəkən şəxslər üzərində nəzarəti gücləndirmək lazımdır.
O cümlədən, Paşayeva ölkə üzrə apteklərdə antibiotiklərin reseptsiz satışı məsələsini qaldırıb. O qeyd edib ki, Avropada apteklərdə antibiotiklərin reseptsiz satışı qadağan olunub, Azərbaycanda isə bu məsələ diqqətdən kənarda qalıb.
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi təhsil müəssisələrində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, ticarət obyektlərində, restoranlarda, kafelərdə, barlarda və digər ictimai iaşə obyektlərində siqaret çəkilməsinin qadağan edilməsini nəzərdə tutur.
Bundan başqa, mehmanxanalarda, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, sosial xidmət müəssisələrində, teatr və kinoteatrlarda, sərgilərdə, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində, yerüstü və yeraltı piyada keçidlərində, avtobuslarda (şəhərlərarası və beynəlxalq) və taksilərdə, metropoliten stansiyalarının vestibüllərində, hava və dəniz limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda və avtobus dayanacaq məntəqələrində, ümumi istifadədə olan yaşayış binalarında, uşaq meydançalarında və çimərlik əraziləri hüdudlarında, yanacaqdoldurma stansiyalarında, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda tütündən istifadə qadağan ediləcək. **
X.Nəsirzadə