2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanın rabitə və poçt müəssisələrinin gəlirləri 2018-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 17,6% - 1 mlrd. 397,2 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gəlirlərin strukturunda 83% özəl sektorda fəaliyyət göstərən müəssisələrin payına düşüb.
Xidmətlərin 72,5%-nin istifadəçiləri fiziki şəxslər olub və onlara 1 mlrd. 12,97 mln. manatlıq (artım 17,7% - İF-Az) xidmət göstərilib.
Bu dövrdə rabitə xidmətlərinin ümumi həcminin 41,4%-i və ya 579 mln. manat (artım 0,8%) ölkədə fəaliyyət göstərən 3 mobil rabitə operatoru – “Azercell Telecom”, “Bakcell” və “Azerfon” tərəfindən göstərilən mobil rabitə xidmətlərinin payına düşüb.*
N.Abbasova