Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu ilin sonunadək Mərdəkan Müalicə Pansionatında təmir və yenidənqurma işlərini yekunlaşdırmağı planlaşdırır.
Nazirliyin məlumatına görə, əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində pansionatda təmir və yenidənqurma işləri aparılır.
“İşlərin cari ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. Müəssisədə il ərzində 5 minədək stasionar, 1,5 mindək əlilliyi olan şəxsin ambulator şəraitdə bərpa müalicəsi alması mümkün olacaq”, - məlumatda deyilir.
Qeyd olunur ki, 200 çarpayılıq nəzərdə tutulan pansionatda müasir tibbi-sosial reabilitasiya infrastrukturu yaradılacaq, əlilliyi olan şəxslərin daha efftektiv və səmərəli bərpa müalicəsi üçün yeni avadanlıqlarla təchiz olunacaq. **
F.İsazadə