Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev əmindir ki, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas KTMT-nin baş katibi vəzifəsində Azərbaycan-Belarus münasibətlərinin inkişafına töhfə verəcək.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatına görə, Mehdiyev çərşənbə günü Zası qəbul edib.
Görüşdə Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov iştirak ediblər.
“Mehdiyev 2020-ci ilin yanvar ayından Zasın yeni vəzifənin icrasına (KTMT-nin baş katibi - İF) başlaması münasibətilə təbrik edib. O, həmin vəzifədə çalışacağı dövrdə də Zasın Azərbaycanla Belarus arasında dostluq əlaqələrinin inkişaf edəcəyinə əminliyini ifadə etdi”, - məlumatda qeyd olunur Mehdiyev Belarus Təhlükəsizlik Şurası ilə sıx əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. **
F.İsazadə