2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 1 mlrd. 303,8 mln. sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 2 mln. 215,1 min nəfər (artım 25,4%), dəniz nəqliyyatı ilə 13,6 min nəfər (artım 24,8%), hava nəqliyyatı ilə 1 mln. 851,7 min nəfər (artım 9,7%), metro vasitəsi ilə 150 mln. 304,2 min nəfər (azalma 0,04%) daşınıb.
Cari ilin yanvar-avqust aylarında avtomobil nəqliyyatı vasitələri ilə 1 mlrd. 149 mln. 420 min sərnişin (artım 2,1%), avtobuslarla 1 mlrd. 103 mln. 632,8 min sərnişin (artım 2,1%), taksilərlə 45,787 mln. sərnişin (artım 3,2%) daşınıb.*
B.Rüstəmbəyov