Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 19-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Sentyabrın 19-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1,8766 manat/1EUR səviyyəsində müəyyən edilib.
AMB sentyabrın 19-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0264 manat/1RUB səviyyəsində saxlayıb.*
A.Əzizov